Ter Ştegen İngiltərə nəhənginə keçə bilər
"Barselona"nın qapıçısı Mark Andre-Ter Ştegen karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Edersonu satıb, yerinə Ter Ştegeni transfer etmək niyyətindədir.
33 yaşlı kiperin Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Ter Ştegen 2014-ci ildən "Barselona"da çıxış edir.