Tərlan Əhmədov: "Qarabağ" da, "Neftçi" də aqressiv oynamalıdır"

Xəbər verdiyimiz kimi UEFA Konfrans Liqasında "Qarabağ" və "Neftçi" pley-off görüşlərinə çıxıblar.

Sportline.az saytına danışan veteran futbolçu Tərlan Əhmədov hər iki komandanın qrup imkanlarını dəyərləndirib.

"Şanslar bərabərdir. "Neftçi"nin də, "Qarabağ"ın da qalib gəlib mərhələ adlamaq şansı var. Düzdür, Bakıdakı oyunda ot örtüyünün vəziyyəti "Qarabağ"a pis təsir göstərsə də, qələbə qazandı. Amma "Neftçi" öz şansını özü əldən verdi.

Bilirik ki, "Qarabağ" yaxşı meydançada daha baxımlı futbol oynayır. Tofiq Bəhramov adına Respublika Stadionundakı oyuna gəldikdə, "Qarabağ" öz oyununu göstərə bilməkdə çətinlik çətirdi.

Buna baxmayaraq səfərdə hər iki komandanı daha ağır oyun gözləyir. Düşünürəm ki, qrupa düşmək olar. İlk oyuna nisbətən ikinci görüşdə daha diqqətli, daha aqressiv, daha istəkli oynamalıdırlar"