Tərlan Əhmədovdan "Qarabağ"ın qrupu ilə bağlı ÖZƏL AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsində rəqibləri müəyyənləşib.
Sportline.az saytına danışan veteran futbolçu Tərlan Əhmədov püşkün nəticəsini dəyərləndirib.
"Açığı, bəlkə də, indiyədək belə ortabab komandalar düşməmişdi. İlk dəfədir ki, normal qrupa düşmüşük. Düzdür, burada bir az "Bazel" öndə ola bilər. Böyük təcrübəyə malikdir. İsveçrənin öndə gedən komandalarından biridir. Amma hər halda UEFA Konfrans Liqasında qrupda düşən komandaların şansları eynidir.
Düşünürəm ki, "Qarabağ" qrupun ikinci kimi növbəti mərhələyə çıxa bilər. "Kayrat", "Omoniya" - bunların futbolunu bilirik. "Qarabağ"a münasib rəqiblərdir. Yenə deyirəm, şanslar bərabərdir. Amma "Qarabağ" "Kayrat" və "Omoniya" ilə rahat oynaya bilər.
Orada ən çətini "Bazel"dir. Demək olar ki, İsveçrə millisinin çox hissəsini təşkil edir "Bazel" komandası. Amma hər halda şanslar bərabərdir. "Qarabağ"a uğurlar arzu edirik. Arzu edirik ki, "Qarabağ" qrupdan lider və ya ikinci kimi çıxa bilsin".