Tibo Kurtua meydana qayıdır

"Real Madrid"in əsas qapıçısı Tibo Kurtuanın meydana dönəcəyi vaxt açıqlanıb.

Sportline.az xəbər verir ki, belçikalı qolkiper tezlikllə sıraya qayıdacaq.

Bu haqda komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.

"Kurtuanın yüngül problemi var. Amma ümid edirəm ki o, tezliklə aramıza dönəcək", - deyə italiyalı mütəxəssis klubun rəsmi saytına müsahibəsində vəziyyətə aydınlıq gətirib.

Qeyd edək ki, "Real Madrid" çərşənbə günü Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına çıxacaq.

İlk oyun "Real"ın 2-1 hesablı qələbəsi ilə nəticələnmişdi.