Tomas Parti İspaniya nəhənginin hədəfindədir

"Arsenal"ın qanalı futbolçusu Tomas Parti mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Barselona" Partini transfer etmək üçün hərəkətə keçib.

Kataloniya klubu 31 yaşlı yarımmüdafiəçini azad agent kimi heyetinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Parti cari mövsüm çıxış etdiyi 46 matçda 4 qol və 3 asistlə yadda qalıb.