Topaz Premyer Liqası dünyanın ən güclü çempionatları sırasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ildə dünyanın ən güclü çempionatlarının siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, 40 çempionatın yer aldığı siyahıda Topaz Premyer Liqasının da adı var. Azərbaycan birinciliyi 445 xalla 38-ci yerdədir.

Maraq üçün qeyd edək ki, Rusiya "Premyer Liqa"sı 10-cu, Türkiyə "Super Liqa"sı isə 17-cidir. İlk "10-luq" isə belədir.

1. İspaniya
2. İtaliya
3. Almaniya
4. Argentina
5. Fransa
6. Braziliya
7. İngiltərə
8. Portuqaliya
9. Belçika
10. Rusiya