"Topçular"da ayrılıq

"Arsenal" futbolçusu Villianla yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Braziliyalı oyunçu karyerasını ölkəsininin "Korintians" klubunda davam etdirəcək.

Qeyd edək ki, Villian ötən mövsüm "Arsenal"da meydana çıxdığı 37 matçda 1 qol vurub, 7 qolun ötürməsini verib.