"Toronto Reptors"un basketbolçusu həbs oluna bilər

"Toronto Reptors"un basketbolçusu həbs oluna bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət Contay Porterdən gedir. 

O, basketbol görüşləri zamanı qanunsuz saytlarda mərc oyunlarına pul qoyduğu üçün həbs oluna bilər. 

Qeyd edək ki, Contay Porter yanvar ayının 26-da "Los Ancels Klippers"lə görüş zamanı gözündən zədə aldığı üçün əvəzlənib və uzun müdddətdir ki, komadnasına kömək edə bilmirdi.