"Tottenhem" amerikalı futbolçunu heyətinə qatmaq istəyir

"Tottenhem"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Real Betis"in amerikalı futbolçusu Coni Kardozo "Tottenhem"in maraq dairəsinə düşüb.

23 yaşlı futbolçunun transfer dəyəri 21 milyon avrodur.

Qeyd edək ki, Kardozo "Tottenhem"də çıxış etməyə müsbət yanaşır.