"Tottenhem" azarkeşlərini sevindirən müqavilə

“Tottenhem” hücumçusu Son Hın Minlə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb. 29 yaşlı Cənubi koreyalı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Müqavilənin maddi tərəfləri açıqlanmayıb. Qeyri-rəsmi xəbərə görə, qarşıdakı mövsüm ərzində Son 48 milyon avro qazanacaq.

Qeyd edək ki, o, 2015-ci ildən “Tottenhem”də oynayır.