"Tottenhem" "Barselona"dan 60 milyon avro tələb edir
"Barselona" yayda Kristian Romeronu heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, "Tottenhem" argentinalı stopperi üçün 60 milyon avro tələb edir.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Romero bu mövsüm meydana çıxdığı 32 matçda 6 qol, 4 asistlə yadda qalıb.