"Tottenhem" brazilyalı futbolçunun transferinə hazırlaşır
"Tottenhem" yanvarda Savinyo üçün "Mançester Siti"yə rəsmi təklif göndərəcək.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, London klubu yay transfer pəncərəsində "Mançester Siti"yə bir neçə dəfə təklif göndərsə də, qarşı tərəf bunu qəbul etməmişdi.
"Mahmızlar" şansını qış transfer dönəmində sınayacaq.
Qeyd edək ki, Savinyonun transfer qiyməti 70 milyon avrodur.
O, bu mövsüm meydana çıxdığı 3 matçda 1 qol 1 məhsuldar ötürmə müəllifi olub.