“Tottenhem” ingiltərəli futbolçunu heyətinə qatıb
"Tottenhem" "Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vaytı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
London klubu 25 yaşlı futbolçu üçün 60 milyon avro ödəyəcək.
Bu oyunçunun sərbəst qalma məbləğidir.
Qeyd edək ki, "Mançester Siti"də Morqanla yaxından maraqlanırdır.