"Tottenhem" və "Milan" transfer yarışına girib
"Cenoa"nın belçikalı futbolçusu Koni de Vinter Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az "İ Paper" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" və "Milan" Vinteri transfer etmək istəyən klubların siyahısında yer alır.
İtaliyalı stoperin transfer qiyməti 22 milyon avrodur.
Qeyd edək ki, 23 yaşlı futbolçunun "Cenoa" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.