"Tottenhem"dən 4 cavabsız qol

"Tottenhem" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, London klubu 26-cı turda "Bernli"ni qəbul edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Tottenhem" - "Bernli" - 4:0
Qollar:
 Beyl, 2, 55, Keyn, 15, Moura, 31

Bu qələbə ilə xalını 39-a yüksəldən Joze Mourinyonun baş məşqçisi olduğu komanda turnir cədvəlinin 8-cu pilləsində qərarlaşıb. Turnir cədvəlinə 62 xalla "Mançester Siti" başçılıq edir.