"Tottenhem"dən 60 milyon avroluq transfer

"Tottenhem" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Ezeni transfer etməyə yaxındır.

Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, "mahmızlar" bu keçid qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

27 yaşlı futbolçunun "Kristal Pelas"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Ezeni "Arsenal"da transfer etmək istəyir.