"Trabzonspor" "Spartak"ın futbolçusunu transfer edir
Moskva "Spartak"ının futbolçusu Samuel Jiqo klubla vidalaşmağa hazırlaşır.
Sportline.az akşam.com.tr-yə istinadən xəbər verir ki, fransalı müdafiəçi karyerasını "Trabzonspor"da davam etdirəcək.
Türkiyə təmsilçisinin futbolçu ilə şəxsi müqaviləni razılaşdırdığı bildirilir.
Qeyd edək ki, Samuel Jiqo 2018-ci ildən "Spartak"ın formasını geyinirdi.