"Trabzonspor"da xoşagəlməz hadisə

Türkiyənin “Trabzonspor” klubu ciddi itki ilə üzləşib.
 
Sportline.az "Hürriyət"ə istinadən xəbər verir ki, Superliqa təmsilçisinin yarımmüdafiəçisi Abdülkadir Ömür sıradan çıxıb.

O, Türkiyə çempionatının 20-ci turunda “Konyaspor”la ev oyununda ağır zədə alıb. 21 yaşlı futbolçunun sol ayağında qırıq aşkarlandığı üçün meydanı xərəkdə tərk edib.

Ömürün zədəsinin ciddi olduğu və onun bu mövsüm meydana çıxmayacağı bildirilib.

Banner