"Trabzonspor"dan qələbə

Türkiyə Superliqasında 20-ci tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lider "Trabzonspor" doğma meydanda "Yeni Malatyaspor"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

"Trabzonspor" – "Yeni Malatyaspor" - 1:0
Qol
: Kornelius, 23

Bu qələbə ilə xalını 49-a yüksəldən "Trabzonspor" liderliyi möhkəmlədib."Yeni Malatyaspor" isə  15 xalla sonuncudur.