"Trabzonspor"dan yeni transfer həmləsi

"Trabzonspor" "Lill"in fransalı futbolçusu Alan Virginiusu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Salim Manav məlumat yayıb.

22 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 3 milyon avrodur.

Qeyd edək ki, Virginiusun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.