"Trabzonspor"un oyunu təxirə salındı
Türkiyə Super Liqasının XXXII turunun bu gün keçirilməli olan "Qaziantep" - "Trabzonspor" matçı təxirə salınıb.
Sportline.az xəbər verir ki, Qaradəniz təmsilçisi dumanlı havaya görə Qaziantep səfərinə yollana bilməyib.
Bu səbəbdən sabaha ertələnən oyun saat 21:30-da başlanacaq.
Qeyd edək ki, "Trabzonspor" sona 7 tur qalmış 71 xalla çempionatın lideridir.