Trippierin yeni klubu bəlli oldu
"Nyukasl"ın sağ cinah müdafiəçisi Kiran Trippier yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Vulvermpton" 35 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Express Star" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Trippierin "Nyukasl"la müqaviləsi bu yay başa çatacaq.