Trossardın transfer qiyməti bilinib
"Arsenal" belçikalı futbolçusu Leandro Trossardın transfer qiymətini açıqlayıb.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu üçün London klubunun rəhbərliyi 20 milyon avro tələb edir.
"Fənərbağça" sözü gedən futbolçunu transfer etmək istəyir.
Qeyd edək ki, Trossardın "Arsenal"la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.