Tuncay Şanlı ilə yollar ayrıldı

Türkiyə 2-ci liqasından 1-ci liqasına yüksələn "Sakaryaspor" baş məşqçisi Tuncay Şanlı ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, "Sakaryaspor" Türkiyə 2-ci liqasının başa çatmasına 2 tur qalmış çempionluğu rəsmiləşdirmişdi.