Turamın elçiləri çoxalıb
"Yuventus"un fransalı yarımmüdafiəçisi Kefren Turam İngiltərə klublarının maraq dairəsinə düşüb.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Arsenal", "Çelsi" və "Liverpul" klubları 24 yaşlı yarımmüdafiəçini transfer etməyə səy göstərir.
Turamın transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçunun "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.