“Turan Tovuz” “Poqon”la qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, qərb təmsilçisi Polşa təmsilçisi "Poqon"la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.