"Turan Tovuz"la oyun gərgin keçəcək"

"İmişli"nin Azərbaycan Premyer Liqasının I turunda "Turan Tovuz"a qarşı keçirəcəyi matç gərgin olacaq.

Sportline.az xəbər verir ki, bu barədə "İmişli"nin futbolçusu Ronaldo Rodriges de Souza klubun mətbuat xidmətinə açıqlama verib.

O, komandasına inandığını söyləyib:

"Turan Tovuz"la oyun gərgin olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə qazanmaq üçün hər gün məşq edirik. Mən komandama inanıram. Ümid edirəm ki, çempionata yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək. "İmişli" - "Turan Tovuz" oyunu avqustun 16-da, saat 17:00-da başlayacaq.