Türk futbolçunun ailəsinə silahlı hücum
Müqavilə ilə "Rizəspor"a məxsus olan futbolçu Əziz Aksoy silahlı hücuma məruz qalıb.
Sportline.az xəbər verir ki, bu haqda Rizə klubu məlumat yayıb.
İstanbulda günorta saatlarında baş verən silahlı hücumun təfərrüatları məlum olub. Hücum zamanı sükan arxasında olan Əziz Aksoy hücumdan xəsarət almadan sağ çıxıb, ailəsindən 3 nəfər isə ayağından güllə yarası alıb. İcarə əsasında “Erokspor”da çıxış edən 21 yaşlı futbolçunun atası Sərkan Aksoy, anası Cəmilə Aksoy və qardaşı Cəmil Aksoyun xəstəxanaya aparıldığı öyrənilib.
Qaradəniz klubundan yayılan açıqlamada silahlı hücum qınanılıb: "Erokspor"da icarə əsasında çıxış edən futbolçumuz Əziz Aksoy və ailəsi silahlı hücuma məruz qaldı. Sözügedən hücumu şiddətlə qınayır, yaralılara şəfa diləyirik. Aksoy ailəsinə "keçmiş olsun" diləklərimizi çatdırırıq”.