Türkiyə derbisində “Qalatasaray” “Beşiktaş”a qarşı

Türkiyə Basketbol Super Liqasının 28-ci həftəsi İstanbul derbisi ilə yadda qalacaq.

Sportline.az xəbər verir ki, 28-ci turun son oyununda “Beşiktaş” doğma arenada “Qalatasaray”la qarşılaşacaq.

“BKJ Emlakjet İdman Kompleksi”ndə keçiriləcək oyun bu gün saat 21:30-da başlanacaq.

Qeyd edək ki, “Beşiktaş” 19 qələbə və 8 məğlubiyyətlə turnir cədvəlinin 4-cü pilləsindədir.

13 qələbə, 14 məğlubiyyəti olan “Qalatasaray” 9-cu sıradadır.