Türkiyə Futbol Federasiyası prezidentinin istefa xəbəri yayılıb
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.
Sportline.az xəbə verir ki, bu barədə "Hürriyet" qəzetinin idman departamentinin rəhbəri Mehmet Arslan özünün tviter səhifəsində paylaşım edib.
Onunla yanaşı, daha bir neçə idman müxbiri 72 yaşlı funksionerin TFF-dəki vəzifəsini tərk etdiyini yazıb.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ilin iyununda TFF prezidenti seçilib.