Türkiyə futbolu həvəskarlarına üzücü xəbər

Türkiyənin "Alanyaspor" klubunun ölkə kubokunun final matçının Bakıda keçirilməsi üçün yerli federasiyaya müraciəti qəbul olunmayıb. 

Sportline.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu müraciətə mənfi cavab verərək, görüşün ölkəmizdə baş tutmayacağını bildirib.

Türkiyə Kubokunun final matçının keçiriləcəyi stadion da artıq məlumdur. Qarşılaşma 22 may tarixində, Bakı vaxtilə saat 21:45-də  "Atatürk Olimpiya Stadionu"da olacaq.

Qeyd edək ki, finala vəsiqə uğrunda “Trabzonspor” “Kayserispor”la, “Alanyaspor” isə “Sivasspor”la qarşılaşacaq.