Türkiyə futboluna ağır itki üz verib

Türkiyə millisinin və "Göztepe" klubunun sabiq futbolçusu Fevzi Zemzem dünyasını dəyişib.

Sportline.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "buldozer" ləqəbli veteran hücumçu 80 yaşında vəfat edib.

2020-ci ildən infarkt keçirən Zemzemin ürəyinə iki stend qoyulmuşdu.

Qeyd edək ki, Fevzi Zemzem 144 qolla "Göztepe"nin Türkiyə Super Liqasındakı ən yaxşı bombardiridir.

Milli komandada 18 oyun keçirən mərhum futbolçu 6 qol vurub. Ona fiziki göstəricilərinə görə "buldozer" ləqəbi verilib.