"Qarabağ"a qarşı oynamayan futbolçu intihar etdi

"Qaziantepspor"un çexiyalı futbolçusu Frantişek Raytoral intihar edib. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Plzen "Viktoriya"sının 31 yaşlı sabiq müdafiəçisi yaşadığı evdə özünü asaraq öldürüb. Hadisə yerində tapılan yazıda onun alıb-verəcəkləri ilə bağlı qeydlər olub. Digər versiyada isə, intihar, futbolçunun sevgilisindən ayrılması ilə əlaqələndirilir. Xatırladaq ki, Raytoral ÇL- in 2016-2017 -ci il mövsümünün  3-cü təsnifat mərhələsində "Qarabağ"a qarşı hər iki oyunu ehtiyat oyunçular skamyasından izləyib.