Türkiyə Gürcüstan səfərində

2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün baş tutacaq.

Sportline.az xəbər verir ki, "Dinamo" arenada Türkiyə millisi ilə qarşılaşacaq Gürcüstan oyuna optimal heyətlə çıxacağı gözlənilir. Baş məşqçi Villi Saqnol oyunda öncə keçirilən mətbuat konfransında heyətdə itki olmadığını söyləyib.

Türkiyədə isə Barış Alper Yılmazın oynuyub oynamayacağı sual altındadır. “Qalatasaray”ın futbolçusunun durumu matç saatlarında bəlli olacaq.

Görüşün ədalət təmsilçisi italiyalı Davide Massa olacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.