Türkiyə klubu 11 gün öncə təyin etdiyi baş məşqçi ilə vidalaşıb

Türkiyənin "Altay" klubu baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.

Sportline.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yanvarın 15-də İzmir klubunun sükanı arxasına keçmiş Nobre bu müddət komandasını 3 çempionat oyununa çıxarıb.

Qeyd edək ki, Mert Nobre "Altay"da Mustafa Dənizlini əvəzləmişdi.