Türkiyə klubu baş məşqçisiz qaldı
"Rizespor"un baş məşqçisi Hamza Hamzaoğlu istefa verib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssis Superliqanın 26-cı turunda "Başakşehir"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra vəzifəsindən ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edirdi. Rize təmsilçisi 26 oyuna 23 xalla 18-ci pillədə qərarlaşıb.