Türkiyə klubunda yeni baş məşqçi
Türkiyənin Super Liqa klublarından “Yeni Malatyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu posta Cihat Arslan təyin edilib.
Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Türkiyəli mütəxəssis istefaya göndərilən Adem Büyükü əvəzləyib.
Qeyd edək ki, “Yeni Malatyaspor” Super Liqada 17 xalla sonuncu pillədə qərarlaşıb.