Türkiyə klubundan "Neftçi"yə təklif

Türkiyənin "Bursaspor" klubu "Neftçi"nin futbolçusu Namiq Ələskərov üçün rəsmi transfer təklifi göndərib.

Sportline.az xəbər verir ki, bu barədə "Olay Final" nəşri məlumat yayıb.

Məlumata görə, bu 26 yaşlı hücumçunun müqaviləsindəki 50 min avro qarşılığında azad agent statusu ala biləcəyinə dair maddə əsasında gerçəkləşib. 

"Neftçi" avqustun 12-də Finlandiyada HİK-lə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünün nəticəsinə uyğun olaraq, "Bursaspor"a cavab verəcək.