Türkiyə komandasının bütün heyəti karantində

11 nəfərində koronavirus aşkarlandığı Türkiyənin “Erzurumspor” klubunun qalan bütün heyəti karantinə alınıb.

Sportline.az xəbər verir ki, bu barədə TFF 1-ci Liqa klubunun prezidenti Hüseyn Üneş məlumat verib. Onun sözlərinə görə, həmin 11 nəfərdən əlavə, daha 72 şəxs karantinə alınıb. Buraya həm futbolçular, həm məşqçilər, həm də klubda müxtəlif vəzifələrdə çalışanlar daxildir.

Xatırladaq ki, “Erzurumspor” ötən gün klubda hər kəsin koronavirus testindən keçdiyini, 11 nəticənin müsbət çıxdığını açıqlamışdı. Onlardan 4-ü futbolçu, qalanları isə məşqçi və klubda çalışanlardır. Artıq klubun bazası da karantinə alınıb, dezinfeksiya işləri aparılır. Koronavirus aşkarlananlar isə xəstəxanada müalicə alır.