Türkiyə kuboku: "Qalatasaray" qalib gələ bilmədi

Türkiyə kubokunda 5-ci turun 4 oyunu keçirilib. SportLine.az xəbər verir ki, yarışın favoritlərindən "Qalatasaray" "Akhisar"ın qonağı olub. Növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edən "Cim-Bom" bu oyunda qalib gələ bilməyib. 

"Kayserispor" isə "Konyaspor"la mübarizədə meydanı məyus tərk edib.

19 yanvar 2016
Türkiyə kuboku, 5-ci tur


"E" qrupu

"Kastamonuspor" - "Karşıyaka" - 2:1
QOLLAR:
Muhammet Çoban, 27 (1:0); Batuhan Er, 73 (2:0); Taha Balcı, 84 (2:1)

"Akhisar" - "Qalatasaray" - 1:1
QOLLAR:
Əbdülqədir Özdəmir, 26 (1:0); Umut Bulut, 39 (1:1)

"G" qrupu

"Etimesqut" - "İnegölspor" - 0:1
QOL:
Levent Kale, 80/p. (0:1)

"Kayserispor" - "Konyaspor" - 0:1
QOL:
Ali Camdalı, 69 (0:1)