Türkiyə kubokunun qalibi məlum olub
Türkiyə kubokunun sahibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, final oyununda “Kayserispor”la “Sivasspor” üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyat duyulub . Burada daha çox qol vuran “Sivasspor” 3:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə ölkə kubokunun sahibi olub. Komanda növbəti mövsüm Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb
26 may
"Kayserispor" – "Sivasspor" - 2:3
Qol: Civelek, 33, Parlak, 107 – Appidanqoye, 60, Qradel, 95, Konate 113