Türkiyə millisi Serbiyadakı turnirə qatılmayacaq

Türkiyə basketbol Milli komandası Serbiyada keçiriləcələk dostluq turnirinə qatılmayacaq.

Sportline.az Türkiyə Basketbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, buna səbəb heyətdəki zədəli oyunçuların çoxluq təşkil etməsidir.

Federasiydan verilən açıqlamada FİBA 2025 Avropa Çempionatının seçmə mərhələsinin hazırlıqlarının noyabr ayında davam ediləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə millsini yoldaşlıq görüşündə Filippini 84-73 məğlub edərkən, Fransa seçməsinə böyük hesabla məğlub olub.96-46.