Türkiyə millisindən "Qarabağ"a

"Qarabağ" Türkiyə millisinin fizioterapevti Murat Şahinoğlu ilə müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 1 illikdir.

Qeyd edək ki, bu, təcrübəli mütəxəssisin Ağdam klubuna 3-cü qayıdışıdır. O, daha əvvəl 2012 - 2015-ci illərdə, həmçinin 2019-cu ildə "Qarabağ"da çalışıb.