Türkiyə millisinin üç üzvü heyətdən çıxarıldı
İtaliya ilə yoxlama oyunu öncəsi Türkiyə millisinin heyətində dəyişiklik edilib.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç futbolçu - Abdülkadir Ömür, Yusuf Yazıcı və Serdar Aziz zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, bu gün Konyada keçiriləcək Türkiyə - İtaliya görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.