Türkiyə millisinin üzvü "Ayaks" yolunda

Niderlandın "Ayaks" klubu heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Sportline.az xəbər verir ki, Amsterdam təmsilçisi "Fənərbaxça"da çıxış edən Altay Bayındırın xidmətində maraqlıdır. "Qırmızı-ağlar"ın rəhbərliyi skautların bəyəndiyi Türkiyə millisinin üzvü üçün mövsüm bitdikdən sonra İstanbul klubuna təklif göndərəcək.

Altay Bayındır 2019-cu ilin yayından "Fənərbaxça"da çıxış edir. 24 yaşlı futbolçu cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində 29 matçda meydana çıxıb. O, 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.