Türkiyə nəhəngi mövsüm sonunda gənc futbolçu ilə müqavilə imzalayacaq
Türkiyə nəhəngi "Qalatasaray" mövsüm sonunda gənc futbolçu ilə müqavilə imzalayacaq.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İngiltərənin Çempionşip liqasında mübarizə aparan "Vatfor"klubunun 20 yaşlı yarımmüdafiəçisi Yasir Asprilla karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Türkiyə mediası "Qalatasaray" rəsmilərinin kolumbiyalı futbolçu və komandası ilə danışıqlara başladığını, müsbət nəticə əldə etdiklərini bildirib.
Qeyd edək ki, Yasir Aspirilla bu mövsüm çıxdığı 36 rəsmi matçda 6 qol, 6 asistlə yadda qalıb.