Türkiyəli basketbolçunun zədəsi ilə bağlı məlumat verilib
Türkiyəli basketbolçunun zədəsi ilə bağlı açıqlama verilib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Hyuston Rokets"in türkiyəli basketbolçusu Alperen Şengünün ötən gecəki görüşdə zədələnməsi azarkeşləri və klub rəsmilərini qorxuzmuşdu.
24 saat ərzində 2 rekorda imza atan gənc basketbolçunun zədəsi ilə bağlı açıqlama verən həkimlər:"Qorxulacaq bir şey yoxdur. Rentgen çəkildi, baxdıq. Sadəcə dizdə və ayaq biləyində burxulma var. Əməliyyata ehtiyac yoxdur. 2 hətə sonra yenidən komandaya kömək edə bilər",-deyiblər.
Qeyd edək ki, Alperen Şengün daha öncə NBA-da ən çox asist edən və komadnasına ən çox xal qazandıran ilk Türk basketbolçu olub.