Türkiyənin olimpiya medalları geri alındı
Türkiyə atletləri Əlvan Abeylegesse və Qəmzə Bulutun dopinq-testləri müsbət cavab verib. Sportline.az xəbər verir ki, həmin idmançılar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən cəzalandırılıblar. Qərara əsasən, Abeylegesse 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 5000 metr və 10000 metr məsafələrə qaçışda qazandığı 2 gümüş medaldan məhrum edilib. Onun əlindən 2007-ci il dünya çempionatında 10000 metr məsafəyə qaçışda əldə etdiyi gümüş medal da alınıb. Bulut isə 2011-ci ildən etibarən sahib olduğu bütün medallarını əldən verib. Bura onun 2012-ci il London olimpiadasında, eləcə də həmin il Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş Avropa çempionatında 1500 metr məsafəyə qaçışda əldə etdiyi qızıl daxildir. 25 yaşlı atlet, həmçinin 2020-ci ilin mayınadək bütün yarışlardan kənarlaşdırılıb.