"Udineze"dən "Antalyaspor"a transfer olub
Lautaro Canetti İtaliya A Seriyasını tərk edərək Türkiyə Super Liqasına transfer olunub.
Sportline.az xəbər verir ki, "Antalyaspor" son bir yarım mövsümdə "Udineze"nin heyətində çıxış edən təcrübəli müdafiəçi ilə 2 illik müqavilə bağlayıb.
Müqavilədə əlavə 1 illik uzatma şərti də yer alıb.
31 yaşlı argentinalı ötən mövsüm A Seriyada 15 matçda forma geyinib və 1 dəfə rəqib qapısına yol tapıb.