"Udineze"dən "İnter"ə
"Udineze"nin futbolçusu Oumar Solet yayda "İnter"ə keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
26 yaşlı stopperin dəyəri 23 milyon avrodur.
Qeyd edək ki, O.Solet bu mövsüm meydana çıxdığı 38 matçda 3 qol, 1 asistlə yadda qalıb.